Interposta.Info

Qaraçuxurda manyak peyda olub? - Polis işə qarışdı
 

Ölkə
 7-04-2025, 11:58     19 089

Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi iddia edilir.
"İnterPosta" Qafqazinfo-ya istinadən xəbər verir ki, son günlərdə həmin şəxsin qəsəbə ərazisində 2 məktəbli qıza yaxınlaşaraq xoşagəlməz hərəkətlər etməsi qeyd olunub. Artıq yeniyetmələrin yaxınları məsələ ilə bağlı polisə müraciət ediblər.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğuya cavab olaraq bildirib ki, məsələ ilə bağlı polisə müraciət daxil olub: "Hazırda müraciətlə bağlı araşdırmalar aparılır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26