Interposta.Info

Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

 

Ölkə
 28-02-2025, 20:09     49 971

Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin saat 18:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabranda qar yağır.

"İnterPosta" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 19 m/s, Zəngilanda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şirvanda 15 m/s-yə çatıb.

Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 7, Naxçıvanda 5 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26