Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib.
"İnterPosta" xəbər verir ki, bu barədə AMEA-nın saytı məlumat yayıb.
Qeyd edilib ki, o, 75 yaşında vəfat edib.
Qüdrət İsaqov yarımkeçiricilər fizikası, yarımkeçirici-metal, yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda klassik və kvant elektron prosesləri, günəş energetikası, ekologiya və s. sahələrdə 100-ə yaxını xaricdə dərc olunmaqla 150-dən çox elmi məqalələrin və 3 ixtiranın müəllifi idi.
Allah rəhmət eləsin!
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26