Interposta.Info

Tanınmış həkim qazdan boğulub öldü

Ölkə
 17-01-2025, 14:46     45 301

Mərkəzi Hərbi Hospitalın tanınmış həkimi, lor-cərrah Gündüz Məmmədov bədbəxt hadisə nəticəsində vəfat edib.

"İnterPosta" Medicina.az-a istinadən xəbər verir ki, o, Şamaxıdakı evində qaz sızması nəticəsində dünyasını dəyişib.

Hadisə baş verən vaxt G.Məmmədovun evdə tək olduğu bildirilib.

Məlumata görə, həkim Bakıdan ezamiyyətə yola düşüb, bir gün Şamaxıdakı bağında qalıb oradan Gəncəyə getməyi planlaşdırırmış.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26