Interposta.Info

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşdi

Ölkə
 11-12-2024, 23:02     40 239

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri kimi müəyyən edilib. Gələn il 22 və 23 mar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq. Beləliklə, gələn il Novruz bayramında ardıcıl 7 gün -20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri olacaq.

2025-ci il martın 30 və 31-i Ramazan bayramı günləri müəyyən edilib. Gələn il 30 mart bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 1 aprel qeyri-iş günü olacaq. Beləliklə, gələn il Ramazan bayramında ardıcıl 3 gün - 30 və 31 mart və 1 aprel qeyri-iş günləri olacaq.

İyunun 6-7-si isə Qurban bayramı günləri müəyyən edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26