Interposta.Info

Rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ
 

Ölkə
 6-12-2024, 17:06     43 019

Rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında dekabrın 7-si axşam və 8-i güclü külək əsəcək.

"Report" xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə sarı xəbərdarlıq elan edib.

Bildirilib ki, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlıq edilib.

Qeyd olunub ki, bu rayonlarda fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26