Interposta.Info

Dağlıq ərazilərə qar yağacaq, şaxta olacaq

Ölkə
 2-12-2024, 14:25     20 184

Dekabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İnterPosta"ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 80-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26