Interposta.Info

Maştağada evləri su basdı (VİDEO)

Ölkə
 28-11-2024, 09:49     30 358

Sabunçu rayonu, Maştağa qəsəbəsində evləri su basıb, həyətyanı sahələrdə bataqlıq əmələ gəlib.

"İnterPosta"nın məlumatına görə, Sadıqcan küçəsi, 213 ünvanında yaşayan sakinlər bildiriblər ki, 1 aydan çoxdur, evləri bilinməyən səbəbdən su basıb.

Sakinlər deyib ki, ərazidə kanalizasiya xətləri yoxdur, suyun dayanmadan artması evlərə ciddi zərər vurur.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, əraziyə qəza xidməti göndərilib və yerindəcə araşdırma aparılıb. Qeyd olunan ünvanda Xidmətə aid içməli su şəbəkəsi mövcud deyil, əraziyə toplanan qrunt sularıdır.

Ətraflı "Xəzər TV”nin hazırladığı süjetdə:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26