Gəncədə baş verən avtobus qəzasının sirləri – HESABLAMA

Xəbər verildiyi kimi, 12 noyabr 2024-cü il tarixdə Gəncədə 20-AE-103 nömrəli marşrut avtobusunun qəzaya uğraması nəticəsində sərnişinlərdən yaralananlar oldu. Qəzanın Allahdan xəbərdarlıq olduğunu və Onun elminə (kitabına) bağlandığını aşağıdakı hesablamalardan aydın görmək oolur:
1) Qəza baş verəndə Gəncəbasarda baş verən 5 bal zəlzələnin (22 iyul) 114-cü günü idi ki, bu da Quran rəmzi olmaqla, hadisənin Allahdan xəbərdarlıq mesajı olmasını sübut edir.
2) Bu qəza Azərbaycanda baş verən daha bir (07.12.23) zəlzələnin 342-ci günü idi ki, bundan da Quran rəmzini çıxsaq, yenə də Quran rəmzi alınr və hadisənin Allahdan (xəbərdarlıq) olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir:
342 – 114 – 114 = 114
(Qeyd: Həmin zəlzələ baş verəndə də ilin 342-ci (!) günü idi. Yeri gəlmişkən, həmin zəlzələdə bir nəfərin kompyuteri stolun üstündən düşüb sındı; hansı ki, mənim adıma kreditlə götürüb, sonra krediti ödəməkdən imtina etmişdi...)
3) Xatırladaq ki, avqustun 2-də Sumqayıt yolunda iki avtobusun toqquşması nəticəsində xeyli insan yaralandı. Gəncədə avtobus qəzası baş verəndə həmin hadisənin 103-cü günü idi ki, bu da qəzaya uğrayan avtobusun üzərində aydınca həkk olunub:
20-AE-103
20 + 103 = 123
Sumqayıtda avtobusun TIR-la toqquşması nəticəsində (12 iyul) 12 nəfər yaralanmışdı ki, bu gün həmin hadisənin 123-cü (!) günü idi.
4) 5 may 2023-cü il tarixli Ay tutulmasının (qiyamət əlamətinin) 555-ci günü idi ki, bu da Quranda tövbə və cəza rəmzi sayılır.
5) 21 aprel 2023-cü il tarixli Günəş tutulmasının (qiyamət əlamətinin) 572-ci günüdür ki, bundan da orjial (Kəbədə və muzeylərdə saxlanan) Quranın səhifələrinin sayını çıxsaq, yenə də səhifələrin sayı alınır və avtobus qəzasının Allahdan xəbərdarlıq olduğunu bir daha sübut edir:
572 – 286 = 286
(Qeyd: XVIII əsrdən sonra ərəb ölkələrində İslam ideologiyası ingilislərin nəzarətinə keçdi və ondan sonra Quranın sözlərini və hərflərini dəyişə bilməsələr də formatın kiçiltdiklərinə görə səhifələrinin sayı artdı. Buna baxmayaraq, Kəbədə və muzeylərdə saxlanan orjinal Quranlar 286 səhifədir).
NƏTİCƏ: bu və digər hesablamalarımız, eləcə də elmi-lədun bilgilərimiz göstərir ki, 12 noyabrda Gəncədə baş verən avtobus qəzası Allahdan gələn xəbərdarlıq mesajıdır: tövbə edib, doğru yola qayıdın; biri-birinizə əziyyət verməyin, zülm etməyin; zinadan uzaq durun; harama meyl etməyin! Nə qədər ki, Allahın qoyduğu yolla getməyəcəksiniz, səhv yol sizi Yaradandan uzaqlaşdıracaq və daim zalımların, pozğunların... əsarətində zülm çəkəcəksiniz. Ah-naləniz Allah dərgahında ona görə qəbul edilmir ki, günahlarınız sizi Yaradandan çox uzaqlaşdırıb. Çobandan ayrılan quzu kimi, zalımlara yem olmusunuz.
Rəbbim buyurur: “Biz heç kəsə zülm etmirik, insan zülmü özü (günah əməlləri ilə) qazanır”. Bu ayəyə əsasən deyə bilərik ki, xalqımız bugünkü zülmü haqq edib və bu zülmdən ancaq tövbə edib, Allah yoluna dönməklə xilas ola bilər!!! Başqa yolu yoxdur! Hesablamalarımız göstərir ki, xalqımız tezliklə tövbə edib, səhv yoldan dönməzsə, Allah Nuh qövmünə, Lut qövmünə, Saleh qövmünə... göndərdiyi bəlaları onlara da göndərəcək və indiki şeytani dövrə birdəfəlik son qoyacaqdır.
Odur ki, vaxt itirmədən tövbə edib, doğru yola dönəyin ki, həm zülmdən xilas olağın, həm də Allahın bəlasından qurtulağın.
Dr. Paşa Yaqub – Pangeyist
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26