Xırdalanda yaşayış binasının damında qanunsuz tikili (VİDEO)
Abşeron rayonunun Xırdalan şəhərində 17 mərtəbəli yaşayış binasının damına kustar üsulla tikilmiş daha bir mərtəbə əlavə olunub.
Sakinlər bildiriblər ki, binanın problemi yalnız bununla bitmir.
Belə ki, binada mənzillərin bir neçə adama satılması faktı da olub.
Tikintinin rəhbərliyində təmsil olunan iki şəxs isə hazırda həbsxanadadır.
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı ciddi araşdırma aparılacaq və lazımi tədbirlər görüləcək.
Ətraflı "İTV Xəbər"in süjetində:
[media=https://youtu.be/DfA20feMluc]
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26