Interposta.Info

8 Noyabr prospektində işlər nə zaman yekunlaşır? - RƏSMİ CAVAB

Ölkə
 14-10-2024, 09:27     19 611


Paytaxtın 8 Noyabr prospektində təmir işlərinin yekunlaşacağı tarix məlum olub.

Hazırda işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb.

Tikinti işləri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, hazırda prospekt boyunca ümumi hərəkətə maneə yaradılmadan piyada səkilərinin, velosiped zolağının və bufer zonanın, həmçinin yol ayrıcının tikintisi istiqamətində işlər davam etdirilir.

Bu işlərin tam olaraq bu ayın sonunadək yekunlaşdırılması planlaşdırılır.

Ətraflı süjetdə:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26