Interposta.Info

Bakının hansı küçələrində sıxlıq var?

Ölkə
 11-10-2024, 09:43     37 327

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

"İnterPosta" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26