Interposta.Info

Uşağı bağçaya "şirinlik"lə yazdırmaq istəyənlərə xəbərdarlıq
 

Ölkə
 18-07-2024, 20:55     48 142

"Valideynlər bəzən deyirlər ki, qeyri-qanuni olanda o dəqiqə bağçalara qəbul sistemində boş yer olur. Bildirmək istəyirəm ki, əgər siz uşağınızı qeyri-qanuni yolla bağçaya yazdırırsınızsa, onun adı sistemdə qeyd edilmir".

"İnterPosta"xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili Şöbəsinin müdiri İlahə Rəsulova deyib.

İ.Rəsulova bildirib ki, mütəmadi monitorinqlər aparılır və bu cür hallara yol verən müəssisə rəhbərləri ilə bağlı qanuni tədbirlər görülür:


"Bununla bağlı töhmət, şiddətli töhmət, hətta işdən çıxarılma halları belə olur. Praktikada bu səbəbdən işdən çıxarılan müdirlər də var".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26