Interposta.Info

Qətldən 4 il sonra bəraət aldı - Prokuror protest verdi

Ölkə
 7-03-2024, 12:34     48 533



Prokuror kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək 4 il sonra bəraət alan Polad İsmayılov haqda qərardan narazıdır.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ittiham tərəfi hesab edir ki, İsmayılovun cinayət işi apellyasiya baxışında düzgün araşdırılmayıb.

Prokuror bəraətverici qərardan kassasiya protesti verib. Protestdə qərarın ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına qaytarılması tələb edilir.

Qeyd edək ki, 2011-ci ildə Zaqatalada 61 yaşlı Seyran Əyyubova evində qətlə yetirilib. Cinayət işinin üstü 9 il sonra açılıb, 50 yaşlı Polad İsmayılov həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 11 il həbs cəzası verilib. Şəki Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı hökmü Ali Məhkəmə ləğv edib. İş yenidən araşdırılması üçün geri qaytarılıb.

Şəki Apellyasiya Məhkəməsi prokurorun israrına baxmayaraq, təkrar araşdırmadan sonra müttəhimin bəraətinə qərar verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26