Interposta.Info

Seçkinin ilkin nəticələri bu vaxt açıqlanacaq

Ölkə
 7-02-2024, 09:16     22 746

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan edib.

"Report”un xəbərinə görə, onun sözlərinə görə, ilkin nəticələr saat 21:00-da elan edilə bilər.

"Bütün təcrübəmizdən irəli gələrək deyə bilərik ki, saat 21:00-da ilkin nəticələri elan edəcəyik", - sədr bildirib.

MSK sədri qeyd edib ki, fevralın 9-da isə qeyri-rəsmi nəticələri elan edəcəklər:

"Daha sonra isə biz seçkilərə yekun vuracağıq və protokolları hazırlayacağıq. Bundan sonra isə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərəcəyik".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26