Interposta.Info

Bakıda dörd nəfər əlbir olub qəlyan mağazasını “soydu” 

Ölkə
 26-12-2023, 17:24     27 391

Bakıda elektron qəlyan satılan mağazaların birində oğurluq hadisəsi baş verib.

Bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Hadisə Səbail rayonu ərazisində “Sahil” metro stansiyasının yaxınlığındakı mağazada qeydə alınıb.

İddiaya görə, 4 nəfər qabaqcadan əlbir olaraq mağazaya gəlib. Onlar özlərini elektron qəlyan müştərisi kimi təqdim ediblər. İçlərindən biri satıcı ilə danışarkən digərləri dəyəri 230 manat olan 5 ədəd elektron qəlyanı oğurlayıblar.

Görüntülər mağazadakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Kadrları olduğu kimi təqdim edirik.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26