Interposta.Info

 

Ağdamda turizmlə bağlı elmi-praktiki konfrans keçirilir - FOTO

Ölkə
 14-12-2023, 12:14     39 605

Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilir.

"İnterPosta"-ın məlumatına görə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm potensialı və mövcud resurslardan səmərəli istifadə üsullarının, sektorun sürətli inkişafı üçün təkliflərin müzakirə olunması məqsədilə təşkil olunan konfransda dövlət orqanlarının nümayəndələri, investorlar, turizm sənayesinin təmsilçiləri və turizm ixtisası üzrə təhsil alan tələbələr iştirak edirlər.

Konfransdan öncə iştirakçılar Memorial Xatirə Kompleksini ziyarət edib, şəhidlərin ruhuna ehtiram olaraq kompleksin önünə gül dəstələri düzüblər.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26