Nazir: “İki şirkət “Yevlax Pilot Aqropark”da rezident statusu alıb”

“Yevlax Pilot Aqropark”da “NYUVADI” MMC və “ELKÜR” MMC-yə rezident statusu verilib”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, rezidentlər tərəfindən 41,9 hektar sahədə #investisiya həcmi 354 min manat olan intensiv meyvə bağları salınacaq, 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin ediləcək.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26