Interposta.Info

Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilərə və yerli bələdçiyə hökm oxunub  

Ölkə
 4-11-2023, 14:43     85 509

Aprelin 6-da saat 01:08-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki Nepal və iki Şri-Lanka vətəndaşına, eləcə də onlara kömək etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Nadir Hüseynova hökm oxunub.

“Report” xəbər verir ki, hökm Ağstafa Rayon Məhkəməsində hakim Zamiq Rəsulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.

Belə ki, onlardan 3 nəfər, eləcə də Azərbaycan vətəndaşı Nadir Hüseynov 7 ay müddətinə, bir nəfər isə 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, saxlanılan şəxslər dövlət sərhədini pozaraq qanunsuz yolla Gürcüstana keçməyə cəhd ediblər. Azərbaycan vətəndaşı Bakı şəhər sakini - 1984-cü il təvəllüdlü Nadir Hidayət oğlu Hüseynov onlara qanunsuz əməlləri törətməkdə kömək edib.
Qeyd edək ki, sərhəd pozuntusu bu il aprelin 6-da Şəmkir rayonunda qeydə alınıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 32.5 (qaçaqmalçılığa köməklik etmə), 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26