Interposta.Info

 

Sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığından görüntülər - FOTO/VİDEO

Ölkə
 28-10-2023, 15:10     33 682

Azərbaycan Ordusunun ümumqoşun poliqonlarının birində Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, “Sualtı hücum xüsusi təyinatlı kursu”nun kursant və təlimatçı heyəti ilə keçirilən toplanışda paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Toplanışın keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26