Interposta.Info

 

İRNA agentliyi yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq

Ölkə / Manşet
 21-07-2023, 21:21     193

İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Şuşa Qlobal Media Forumunda məlumat verilib.

Agentliyin Azərbaycanda nümayəndəlik açmasına münasibət bildirən Prezident İlham Əliyev bildirib ki, “İRNA Azərbaycan” iki ölkə arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərəcək.
“Düşünürəm ki, ən yaxşı üsul auditoriyanızı, İrandakı auditoriyanızı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır. Əlbəttə, yaxşı olardı ki, İranda daha çox insan İkinci Qarabağ müharibəsi və postmüharibə vəziyyəti haqqında, xüsusilə Azərbaycanın daha geniş regional əməkdaşlıq gündəliyi haqqında məlumatlı olsun”, - deyən dövlətimizin başçısı bu media orqanının fəaliyyətinə uğurlar arzulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26