Interposta.Info

Usubovun qardaşı oğlu ilə Zalovun kürəkəninin yerləri dəyişdirildi

Ölkə / Manşet
 10-03-2023, 12:08     342

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

"İnterPosta" "Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Hikmət Usubov Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad edilərək, Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi edilib.

Nazirin digər əmri ilə Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Əşrəf Allahyarov vəzifəsindən azad olunaraq, Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, hər iki polis zabiti yüksək vəzifəli şəxslərin qohumudur. Hikmət Usubov sabiq daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu, Əşrəf Allahyarov isə daxili işlər nazirinin keçmiş müavini Oruc Zalovun kürəkənidir.

Xatırladaq ki, general-leytenant Oruc Zalov ötən ilin dekabrında təqaüdə göndərilib. O, 1998-2022-ci illərdə nazir müavini olub. 1994-2019-cu illərdə daxili işlər naziri olan Ramil Usubov isə hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26