Interposta.Info

Samux polisindən əməliyyat: saxlananlar var

 

Ölkə
 18-05-2022, 18:21     264

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə "İnterPosta"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri Raqif Balakişiyev və Elgiz Quliyev qabaqcadan əlbir olaraq rayon ərazisindəki 2 fərdi yaşayış evindən müxtəlif məişət avadanlıqlarını oğurlayıb. Şübhəli şəxslər saxlanılaraq maddi sübutların bir qismi ilə birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26