Interposta.Info

SOCAR dənizdə küləklə bağlı təhlükəsizlik tədbirlərini gücləndirdi

Ölkə
 21-04-2022, 12:20     276

Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar olaraq SOCAR-ın "Azneft” İB dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya ximətindən "İnterPosta"ya verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

"Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır", - məlumatda qeyd edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26