Interposta.Info

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Ölkə / Manşet
 24-02-2022, 22:59     346

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə" qərar qəbul edib.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il mayın 1-i saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bu müddət 2022-ci ilin martın 1-də başa çatırdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26