Interposta.Info

Onların maaşı artırıldı (FƏRMAN)

 

Ölkə
 7-02-2022, 21:56     325

Prezident İlham Əliyev Azərbaycan prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında fərman imzalayıb.

"İnterPosta" xəbər verir ki, sənədə əsasən, prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Hərbi Prokurorluq və Maliyyə Nazirliyi bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Bu fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26