Interposta.Info

Sosial yardımın verilməsi ilə bağlı şərtlər yumşaldılacaq

Ölkə
 18-12-2021, 18:38     233

"Gələcəkdə sosial yardımın verilməsi ilə bağlı şərtlərin yumşaldılması nəzərdə tutulub. Çünki kommunal tariflər artıb, buna görə müəyyən dəyişikliklər etməyi düşünürük. Ümumi mexanimin dəyişilməsi isə hələ ki mümkün deyil. Çünki bu monipulyasiyalara, problemlərə gətirib çıxarır. Ölkədə bütün gəlirlər leqallaşandan sonra sosial yardım mexanimzi də dəyişilə bilər”.

"İnterPosta" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib.

Nazir vətəndaşların sosial yardım almaq üçün əl atdıqları qanunsuzluqlardan da danışıb: “Araşdırmalarımızda məlum olub ki, bir şirkətin 3 min işçisi var, onun 2 700-ü sosial yardım alır. Vətəndaş şirkətdə işlədiyi ilə bağlı sənəd təqdim edir, yardım alandan sonra həmin işdən çıxarırlar, maaş da vermirlər. Burada maklerlər var ki, bu işlə məşğul olurlar. Biz həmin şəxslərin qarşısını almağa çalışırıq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26