Interposta.Info

Son sutkada yoluxanların sayı açıqlandı

Ölkə / Manşet
 28-10-2021, 18:25     461


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2420 yeni yoluxma faktı qeydə alınıb, 1358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 524788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489032 nəfər müalicə olunaraq sağalıb, 6995 nəfər vəfat edib, aktiv xəstə sayı 28761 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13827, ötən müddət ərzində isə ümumilikdə 5158035 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 49 294 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 859, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 435 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 518 912, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 154 936, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 363 976 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26