Interposta.Info

Atasının çiynində məktəbə gedən qızın problemi həll olundu: Körpü salındı (FOTO)

Ölkə
 18-10-2021, 19:51     322


Azərbaycan Ordusunun mühəndisi istehkamçıları tərəfindən Astara rayonunun Miki kəndindəki çay üzərində körpü qurulub.

"İnterPosta"nın məlumatına görə, yüksək dağlıq ərazidə yerləşən sərt iqlimi olan Miki kəndindən axan çayın üzərində qısa müddətdə quraşdırılan körpünün uzunluğu 10.5 metrdir.

Körpünün qurulması ilə Miki kəndinin sakinlərinin, xüsusilə məktəblilərin təhsil ocağına rahat gediş-gəlişi təmin edilib.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə övladını məktəbə aparıb-gətirmək üçün hər gün problemlərlə rastlaşan kənd sakini Fuad Salayevin görüntüləri yayılmışdır.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26