Interposta.Info

Tamilla Qulaminin qızı və qardaşı oğlu tapıldı-VİDEO (YENİLƏNİB) 

Ölkə / Manşet
 1-09-2021, 21:19     970

"Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu itkin düşüb.

Bu barədə APA-ya Tamilla Qulami özü məlumat verib.

***
"İnterPosta"nın məlumatına görə, Tamilla Qulaminin tanışlarından birinin Qaynarinfo-ya verdiyi məlumata görə, sədr müavinin itkin düşən uşaqları ona zəng edərək harada olduqlarını deyiblər.

Ancaq telefon söndüyünə görə artıq bilgi almaq mümkün olmayıb. Tamilla Qulami uşaqların nişan verdiyi yerə yollanıb

***
"Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu tapılıb.

"İnterPosta" xəbər verir ki bu barədə Tamilla Qulami məlumat verib:

"Dostlar, uşaqlarla danışmışıq. Götürməyə gedirik, əsas sağdırlar. Bütün günü axtarmışıq deyə, telefonumun enerjisi bitir. Cavab verə bilmirəm. Hər kəsə, hər birinizə təşəkkür edirəm. Lütfən üzrlü sayın. Çox sağ olun, narahatlığınızı anlayıram, məni də anlayacağınızı bilirəm"

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26