Interposta.Info

3 mutasiyalı koronavirus ştammı tapıldı – Daha təhlükəlidir

Ölkə / Manşet
 7-07-2021, 23:14     601


Kaliforniya ştammında 3 mutasiya aşkarlanıb. Bu ona imkan verir ki, insan immunitetindən yan keçib, hüceyrəyə asan daxil olsun. İstər yoluxub sağalmış, istərsə də vaksinlə immunitet qazanmış olsun.


"İnterPosta" Medicina.az-a istinadən xəbər verir ki, ABŞ Vaşinqton biokimya universitetinin alimləri beynəlxalq səviyyədə tədqiqat aparıblar.

“Epsilon ştammı” adı verilən Kaliforniya variantı 2021-ci ildə ABŞ-dan başlayıb, indi dünyanın 34 ölkəsində yayılıb.
Devid Vasler və onun laboratoriyası bu mutasiyanın bioloji xarakterini təhlil edib.

Məlum olub ki, bu ştammda 3 yeni mutasiya birləşib, hansı ki, bunlar 3 dəfə antitelləri neytrallaşdırır, təsirini azaldır. Bu ştamm digər viruslara yoluxmuş və sağalmış insanların antitellərini də neytrallaşdırır.

İki mutasiyanın birləşməsindən olan NDT 10-dan çox antitel üçün tamamilə yaddır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26