Interposta.Info

Xərçəngə tutulan jurnalistlə bağlı Prezidentə MÜRACİƏT

Ölkə
 30-03-2021, 09:17     301

Ölkənin media qurumlarının rəhbərləri, Mətbuat Şurasının sədri, bir neçə deputat, yazıçı və ictimai xadim tanınmış jurnalist, Lent.az saytının redaktoru Səbinə Əvəzqızının səhhəti ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.

"İnterPosta" xəbər verir ki, müraciətdə ölkə Prezidentinin həmişə jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirməsi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan mediasında 25 ildən çoxdur fəaliyyət göstərən, Kəlbəcərdən olan məcburi köçkün ailəsi və iki övlad anası, Lent.az saytının redaktoru Səbinə Əvəzqızı, təəssüf ki, xərçəng xəstəliyinə tutulub və o, yalnız xəstəlik irəliləyəndən sonra belə bir problemi olduğunu bilib.

Eyni zamanda bildirilib ki, Səbinə Əvəzqızı müstəqil Azərbaycan mediasında imzası hörmətlə tanınan, ədalət və dürüstlük hissini unutmayan jurnalistdir. Mediada bir çox araşdırmaları ilə həmişə diqqət cəlb edib və qaldırdığı məsələlər dəfələrlə dövlət tərəfindən dəstəklənərək öz müsbət həllini tapıb.

“Hələ tam başa çatdıra bilmədiyi evdə yaşasa da, heç vaxt dövlətə mənzil şəraitinin yaxşılaşdırılması və ya hər hansı mükafat üçün müraciət etməyib. Hazırda “COVID –19” pandemiyası ilə əlaqədar həyat yoldaşı işsiz olan jurnalistin 4 nəfərlik ailəsinin yeganə maddi dayağı işdən aldığı maaşıdır. Bu səbəbdən də böyük vəsait tələb edən xəstəliyinin müalicəsi onun maddi imkanı daxilində deyil”, - deyə müraciətdə vurğulanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26