Interposta.Info

"İcra başçısı özünü qanundan üstün sayır"- Nəsimidə gecə ilə evləri sökən qoçular VİDOREPORTAJ

Ölkə / Manşet
 11-03-2021, 23:35     333

Nəsimi rayonunda tikinti şirkətlərinin özbaşınalığı davam edir. Gecə ilə evlər sökülür, məhkəmə qərarı olmadan vətəndaşların əmlakı darmadağın edilir.

Bu mövzuları bir neçə dəfə ictimailəşdirmişik. Amma nə icra hakimiyyəti, nə müvafiq qurumlar, nə də tikinti şirkəti vətəndaşların problemini həll etmir.

Aylardır evlərindən çıxarılan vətəndaşlarla heç kim maraqlanmır. Nəsimi Rayon İcra hakimiyyəti isə bütün bu baş verənlərə göz yumur.

Narazı vətəndaş Mansur Ələkbərov deyir ki, icra başçısı Asif Əsgərov rayonu öz "qanunları" ilə idarə edir: "Özlərini qanundan üstün sayırlar".

Mülkiyyət hüququ pozulan, tikinti şirkətinin təklifi ilə razı olmadığı halda evi sökülən vətəndaşlar yeganə çıxış yolunu ölkə başçısına müraciət etməkdə görürlər.


Qeyd edək ki, adı çəkilən tikinti şirkətlərinin özbaşınalığı bununla bitmir. Növbəti reportajlarımızda vətəndaşları naraht edən bu mövzunu gündəmdə saxlayacağıq.

Mövzu ilə bağlı hazırladığımız videoreportajı təqdim edirik.\Musavat.com

İnterPosta.info
https://youtu.be/n-K_4F0o1pQ

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26