Interposta.Info

Azərbaycanda koronavirusdan 6 nəfər də öldü - BU GÜNÜN RƏQƏMLƏRİ

Ölkə
 27-07-2020, 18:18     291

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ay verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 23242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26