Interposta.Info

BSU-nun Filologiya fakültəsində sonu bilinməyən özbaşınalıq + FOTOLAR

Ölkə / Manşet / Paradoks
 24-01-2019, 00:35     11 006

Azərbaycanda ali təhsil müəssisələrinin dünya standartlarına cavab verməsi və daim təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Xüsusilə tələbələrin daha yaxşı təhsil verən ali təhsil müəssisələrinə üz tutmaları da, artıq ali təhsil müəssisələrinin özlərini təkmilləşdirməsini vacib edir.
Redaksiyamıza Bakı Slavyan Universitetinin Filologiya və Xarici dil müəllimliyi fakültəsi ilə bağlı çoxlu sayda şikayətlər daxil olub. Bu deyilənlərə tam əmin olmasaq da, sosial şəbəkələrdə tələbələrin çarəsiz şəkildə bu haqda paylaşımları bizə, bu yazını verməyə bir daha əminlik yaratdı.

Zaman-zaman bu və ya digər ali təhsil ocaqlarında müəllimlərin müəyyən məbləğ qarşılığında tələbələrə qiymət yazdıqları və belə öyrəncilərin hansı biliyə sahib olduqları ilə hər birimiz qarşılaşmışıq.

BSU-nun Filologiya fakültəsində sonu bilinməyən özbaşınalıq + FOTOLAR

Hər il yanvar ayı gələndə,bütün universitetlərdən şikayətlər gəlir.Bəs imtahan verən qrupun 90%-ni kəsib pul istəyən dekanlar, qəribə səslənir hə?Ama inanın Yanvar ayının 10-dan bizim ismarıc bölməmiz dağılır, hər universitetdən azda olsa var. Ama bir universitet var ki, inandırım ki, sizi mən deyim 10 nəfər, siz deyin 15 nəfər eyni mesajı yazıb. Bakı Slavyan Universiteti açıq şəkildə bazara dönüb.Bir qrupdan 3 nəfər keçib, digərlərini kəsmək nə deməkdir? Belə çıxır ki,sizin tələbələr yox müəllimlər savadsızdır?Açıq istənilən məbləğdə bəllidir. 4-cü kurslardan,ilk başdan imtahana girməzdən əvvəl 250, əgər kəsilirsənsə 300 manat istənilir. Bu nə öz başnalıqdır? Bəlkə biri kirayə qalır? Bəlkə birinin valideyni yoxdur? Hara baxır Təhsil Nazirliyi? Gəlib burda aktyorluq etməyin ki,oxuyanı kəsmirlər falan! Məsələnin üstünə düşdük ,araşdırdıq, müəllimin adına qədər deyə bilərik ki,300-dən güclə yenib 250-yə.
Hörmətli Nurlana Xanım, nəyə görə bu məsələ hər il sosiallaşmalıdır? Məsələni Bizim kollektiv sosiallaşdıracaq.Jurnalistika və filologiya fakültəsində son imtahan nəticələrini,açıqlasınlar. Filologiya və Xarici dil müəllimliyi fakültəsinin dekanı İlyas Həmidov tələbələr arasında təhsil verilməsiylə deyil, onları öz “kəsilmə maşınından” keçirib pul topalmaqla daha çox tanınır. Bir qrupdan, 3 nəfər keçib, qalanı kəsilibsə, çəkilin kənara bağlayın o universiteti. Amma Şərəfinizlə doğru danışın.
Bura daxil olan tələbənin sevinci qısa müddət çəkir. Az qazanclı ailə övladının ali təhsil ocağına daxil olma sevincini tam yaşamamış, rüşvətli problemlər qalaq-qalaq üstünə yığılır.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

İnterPosta.info-ya göndərilən foto sübutları sizlərin ixtiyarına veririk:


BSU-nun Filologiya fakültəsində sonu bilinməyən özbaşınalıq + FOTOLAR
BSU-nun Filologiya fakültəsində sonu bilinməyən özbaşınalıq + FOTOLAR
BSU-nun Filologiya fakültəsində sonu bilinməyən özbaşınalıq + FOTOLAR
BSU-nun Filologiya fakültəsində sonu bilinməyən özbaşınalıq + FOTOLAR
BSU-nun Filologiya fakültəsində sonu bilinməyən özbaşınalıq + FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26