Interposta.Info

Rəhman Əliyevin Moskvada güllələnmə anı -

Ölkə
 19-09-2017, 10:27     10 313

Azərbaycan vətəndaşı Moskvanın cənubunda güllələnərək öldürülüb.

Öldürülən şəxs qara və əlvan metal biznesi ilə məşğul olan 49 yaşlı Rəhman Əliyevdir.

Şahidlərin sözlərinə görə, R.Əliyev Xarkov keçidində yük maşınını saxlayıb, daha sonra ambara doğru gedib. 10 dəqiqədən sonra onu öldürüblər.

R.Əliyevin sifarişlə qətlə yetirildiyi bildirilir. Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları araşdırma aparıb.

Qatilin ikisi başından olmaqla, R.Əliyevə bir neçə dəfə atəş açdığı məlum olub. Aldığı güllə yaralarından R.Əliyev yerindəcə keçinib.

Qətllə bağlı cinayət işi açılıb.

Ren TV qətlin başvermə anının videosunu yayıb.

***

R.Əliyevin əmisi oğlu mərhumun heç kəslə konflikti olmadığını bildirib.

Ren TV-yə açıqlamasında o deyib ki, bu qətl onun peşəkar fəaliyyəti ilə bağlıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26