Interposta.Info

İNANILMAZ HADİSƏ:

Ölkə
 8-05-2017, 07:18     600

Türkiyənin Ərzurum vilayətindəki yollardan biri öz qəribəliyi ilə insanları təəccübləndirib. Dağın ətəklərində Əbdürrəhman Qazi türbəsinə aparan üzü yuxarı istiqamətdə yolda maşınlar mühərriki sönülü şəkildə hərəkət edir.
Publika.az xəbər verir ki, üzü yuxarı olduğu üçün türbəyə gedən insanlar yolun sol hissəsində maşınlarını saxlamaq istədiklərində bu müəmmalı hadisənin şahidi olublar. Mühərriki söndürülən avtomobil sürət yığaraq üzü yuxarı yolla hərəkər etməyə başlayıb.
İnsanlar bu yolun sirrini tapa bilmirlər. Hadisələrə inanmayanlar belə bir şeyin həqiqətən də baş verdiyinə əmin olmaq üçün, İstanbuldan, Ankaradan yolu test etməyə gəliblər.
İnsanların sözlərinə görə, doğurdan da avtomobillər 200 metrlik yolu mühərrik sönülü vəziyyətdə yoxuş yuxarı çıxıb.
interposta.info həmin görüntüləri təqdim edir:
Video baxmaq üçün buranı vurun

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26