Interposta.Info

"Yaşma" ilə birlikdə döyüşən qazi: Müharibənin ilk günündən döyüşlərə qatılsamda hələdə medal almamışam - VİDEO MÜSAHİBƏ

Müxtəlif / Manşet
 22-02-2021, 14:17     5 289

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində və işğal olunmuş ərazilərin azad olunmasında iştirak etmiş nöbəti qazi ilə sizləri tanış edirik.

İnterPosta.info-nun media qurupunun, bu günkü müsahibi 44 günlük (II Qarabağ) Vətən müharibəsi iştirakçısı olmuş, ailənin tək oğul övladı Abbasov Cavidan Əmrah oğludur:


Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan müsahibimiz bildirir ki, müharibənin son gününə qədər döyüşlərdə fəal iştirak etmişdir.

Abbasov Cavidan media qurupumuz olan youtubedə yayımlanan Media TV-yə geniş müsahibə vermişdir. Müsahibə zamanı o bildirib ki, müharibəyə başladığı ilk gündən “Yaşma” xüsusi təyinatlı dəstəsinə dəstək qurupunda olub. Və “Yaşma” xüsusi təyinatlı dəstəsi ilə birlikdə döyüşdə olması ona xüsusi təyinatlıların döyüş praktikasının şahidi olmasına fürsət yaradıb.


Ermənilərin kabusuna çevrilən xüsusi təyinatlıların II Qarabağ müharibəsində əvəzsiz rolu olduğunu deyən döyüşçümüz, keçirdiyi döyüş yolundan qürur duyduğunuda deyi.

O bildirir ki, amansız döyüşlərə Fizuli rayonundan başlayaraq Cəbrayil, Zəngilan, Qubadlı və Qafana qədər gedən döyüşlərdə aktiv iştirak etmiş, amma hələdə heç bir medal və tiplomla təltif edilməmişdir.

İnterPosta.info qazimizin Media TV-yə verdiyi msahibəni təqdim edir:











Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26