Interposta.Info

Cəsur döyüşçü, Qarabağ müharibəsi Şəhidi, Milli Qəhrəman, cəsur komandanın övladı - VİDEO

Müxtəlif / Manşet
 14-12-2019, 15:16     3 119

Canpolad Yaqub oğlu Rzayev - cəsur döyüşçü, Qarabağ müharibəsi Şəhidi, Milli Qəhrəman.

"İnterPosta.info"nun məlumatına görə, Canpolad 05 sentyabr 1969-cu ildə Ağdam rayonunun Çuxurmərhələ kəndində anadan olmuş ,1985-ci ildə Əhmədavar kənd orta məktəbini bitirmişdir. Daha sonra Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Erməni qəsbkarları növbəti dəfə torpaq iddiası ilə təcavüzə başlayarkən, Vətənin ağır günündə ilk özünmüdafiə dəstəsi yaradanlardan biri, sonralar "Qatır Məmməd” ləqəbi ilə məşhurlaşmış Yaqub Ələsgər oğlu Rzayev oldu. Yaqub kişinin ilk oğlu Canpolad Rzayevdə dəstəyə üzv oldu. Dəstənin üzvləri hünər meydanında öz sözlərini deyərək düşmənə ağır zərbələr endirir, itkilərə məruz qoyurdular. Bütün döyüşlərdə Yaqub və Canpolad Rzayevlərin öndə getməsi döyüşçülərə ruh yüksəkliyi verir, qələbəyə inamı artırırdılar. 863 saylı hərbi hissə statusu verilmiş dəstə hər cür silah və texnika ilə təchiz olunurdu. 26 fevral , qanlı Xocalı facisəi günü Xocalılara kömək məqsədilə hərbi hissənin bütün heyəti döyüşə atıldı.Döyüşün ortasında düşmən güllələrindən biri tankın yanacaq bakını dəlib keçdi. Tankı alov bürüdü. Canpolad tankdan düşüb tez avtomatı götürdü. Düşmən qüvvələrinin isə ardı-arası kəsilmirdi. Atışmada güllələrdən biri Canpoladın sinəsini qana boyadı. Xalqımızın tarixinə qəhrəmanlıq salnaməsi yazmış Canpolad Rzayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür


Evli idi. İki oğlu yadigar qalıb.
Məzarı düşmən tapdağı altında olan Ağdamın Şəhidlər xiyabanındadır.

Allah rəhmət eləsin.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26