Interposta.Info

“Sonuncu kampdakı şəraitsizlik və münasibətdən aldığımız travmanı çətin unudaq”

Müxtəlif
 5-04-2017, 16:57     675

Fərahim İlqaroğlu Almaniyadakı mühacir həyatından danışır
Bir müddət bundan öncə Almaniyaya mühacirət edən jurnalist Fərahim İlqaroğlu artıq yeni həyatına öyrəşib. Bunu onun sosial şəbəkədəki statuslarından görmək mümkündür. Kurslara qatılan, orada Azərbaycanı tanıdan, öz karyerası ilə bağlı müəyyən addımlar atan Fərahimlə Almaniya həyatından, problemlərindən, planlarından danışdıq.


- Öncə bilməyənlər üçün soruşum. Artıq neçə vaxtdır ki, oradasız? Hansı mərhələləri keçmisiz?

- 5 aydır ki, Almaniyadayıq. Almaniyada yaşamaq icazəsini almaq üçün lazım olan bütün prosedurları keçmişik. Hazırda miqrasiya idarəsindən cavab gözləyirik.

-İndiki durumun nədir - düşərgədəsiz, ya...?

- Bir aydan çoxdur ki, düşərgədən çıxmışıq. Yataqxanada bir otaqdan ibarət ev veriblər. Hazırda həmin evdə qalırıq. Yaşamaq üçün normal şəraiti var.

“Burda yaşayan jurnalist həmkarlarımızla birləşib "Avropost" adlı qəzet çıxarırıq.”

- Düşərgə həyatı barədə kədərli hekayələr, travmalı detalların sayı bəs deyincədir. Hər bir mühacirin baqajlnda bununla bağlı məqamlar çoxdur. Bəs siz? Ağrılı, ya da şirinli nələr yaşadız?

- Almaniyaya gələndən 5 qaçqın kampı dəyişmişik. Tək olsaydım, bəlkə də problem olmazdı. Amma yoldaşım və uşaqla düşdüyümüz sonuncu kampdakı şəraitsizlik və münasibətdən aldığımız travmanı çətin unudaq. Sağ olsun burada yaşayan həmvətənlərimiz. Xüsusilə, jurnalist həmkarlarımız. Əllərindən gələn köməyi etməyə çalışdılar ki, biz həmin o mərhələni atladaq. Hazırda Almaniyada yaşayan həmkarım Anar Orucov, Elçin Abdullayev, Yeganə Əmiraslan, Əlövsət Əliyev, Elmin Həsənli, İsveçdən Kənan Hacıəkbəroğlu və digərləri bizi daima diqqət mərkəzində saxlayırlar. Problemlərimizlə maraqlanıb, əllərindən gələn köməyi etdilər. Onların bu yaxşılığı heç bir zaman unutmayacam.
Ən ağır kampda qaldığım müddətdə əcnəbi həmkarlarımdan da böyük dəstək gördüm. Xüsusilə, Avropa Jurnalistlər Federasiyası,(EFJ, İFJ), İDEX, ARTİCLE 19, Sərhədiz Reportyorlar Birliyi, Beynəlxalq Mətbuat İnsitutu, (İPİ) Avropa Jurnalistlər Assossasiyası (AEJ), Jurnalistlərin Müdaifə Komitəsi (CPJ) kimi nüfuzlu beynəlxalq təşkilatlar daima mənimlə, ailəmlə maraqlandı.

“Sonuncu kampdakı şəraitsizlik və münasibətdən aldığımız travmanı çətin unudaq”

- Bu mərhələdə ən böyük çətinliyiniz nə oldu?


- Oğlum bir neçə dəfə ağır xəstəlik keçirdi. Ən böyük çətinliyimiz o zaman oldu. Həkimlərin ani müdaxiləsi olmasaydı, onu itirə də bilərdik. Almaniya digər Avropa ölkələrinə baxanda miqrantlara qarşı göstərdiyi xüsusi diqqət və qayğı ilə hər zaman seçilməyə çalışır.

- Hansı məqamda hər şeyi atıb, ölkəyə geri qayıtmaq istədiz?

- Hələ ki, elə bir məqam olmayıb. Düzdür, valideynlərimiz, dostlarımız üçün darıxırıq, amma yaxşı ki, müasir texnologiya bizə onlarla mütəmadi əlaqə saxlamaq imkan verir.

“Alman həkimlərin ani müdaxiləsi olmasaydı körpə oğlumu itirə də bilərdik”


- Feysbukdakı paylaşımlarınızdan anlaşılır ki, dil kursuna gedirsiz, orada Azərbaycanı təmsil etymək üçün milli yeməklər təqdim edirsiz və sair... Orada atmosfer necədir?

- Mən və yoldaşım Süsən ixtisasımız üzrə məşğələlərə cəlb olunmuşuq. Dil və inteqrassiya kursumuz davam edir. Yoldaşım bank sektoru üzrə peşəkar kadr olduğu və bir çox yüksək dərəcəli beynəlxalq sertifikatlara sahib olduğu üçün gələcək günlərdə onun öz sahəsi üzrə ixtisasartırma kursuna cəlb olunacağı gözlənilir. Mən də Bonn Universiteti tərəfindən tez-tez qaçqın jurnalistlər üçün təşkil olunan forum və seminarlarda iştirak edirəm.
“Sonuncu kampdakı şəraitsizlik və münasibətdən aldığımız travmanı çətin unudaq”


Harda olmağımızdan aslı olmayaraq vətənimiz Azərbaycanı tanıtmağa, onu layiqincə təmsil etməyə çalışırıq. Elə bu yaxınlarda Almaniyada fəaliyyət göstərən "NİK" şirkəti tərəfindən təşkil olunan ölkələrin tanıtım formuna qatıldıq. Milli yeməklərimiz, musiqimiz və tariximiz barədə məlumat verdik. Olduqca maraqla qarşılandı.

Hazırda isə burda yaşayan jurnalist həmkarlarımızla birləşib "Avropost" adlı qəzet çıxarırıq. Artıq qəzetin iki sayı çıxıb və burdakı həmvətənlərimiz tərəfindən maraqla qarşılanıb.

interposta.info

“Sonuncu kampdakı şəraitsizlik və münasibətdən aldığımız travmanı çətin unudaq”

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26