Interposta.Info

“Azərbaycan Qərb və Rusiya arasında seçim edə bilməz” -

Müxtəlif
 1-03-2017, 20:07     1 061

“Azərbaycan Qərb və Rusiya arasında seçim edə bilməz” -

Zaur Məmmədov: “Azərbaycanın xarici siyasəti düşünülmüş, rasional və bütün faktorları nəzərə alan bir siyasətdir”

“Qarabağda müharibə başlayarsa, bu tez bir zamanda Rusiyanın daxilinə keçəcək və ölkənin parçalanmasına gətirib çıxaracaq”.

interposta.info xəbər verir ki, bu sözləri politoloq, siyasi elmlər namizədi Zaur Məmmədov cəbhədə baş verən son gərginliklərin prezident İlham Əliyevin Brüssel səfəri ilə bağlı olması ehtimalına münasibət bildirərkən Pia.az-a açıqlamasında qeyd edib.


Ötən ay Azərbaycan prezidenti İlham Əliyevin Belçikaya səfəri baş tutub. Səfər çərçivəsində prezident Brüsseldə bir çox mühüm görüşlər keçirib. Son bir neçə gün ərzində cəbhədəki son gərginliklər və erməni təxribatı Azərbaycan prezidentinin Brüsselə son səfəri ilə də əlaqələndirilir. Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq sazişi imzalamaq niyyəti Kremlin heç də xoşuna gəlmir və bu üzdən də Qarabağda gərginlik yenidən bilərəkdən artırılır. Yəni, faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın müstəqil xarici siyasət yürütməsinə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Bu durum uzun illərdir ki, davam edir və bu durumda Azərbaycanın Qərb dövlətləri ilə strateji əməkdaşlığa getməsi Azərbaycan üçün hansısa uğurlar vəd edirmi? Hər şeydən əvvəl Azərbaycan Ukrayna kimi birmənalı şəkildə Qərb dövlətlərinin yanında yer alsa, rəsmi Bakı Qərbdən Ukraynanın aldığı dəstəyi ala bilərmi, yoxsa, bu ölkə üçün sadəcə hərbi-siyasi fəlakətlə nəticələnər?
“Azərbaycan Qərb və Rusiya arasında seçim edə bilməz” -

Zaur Məmmədov: “Qərbin Ukraynaya verdiyi dəstək ölkənin ərazisinin itirilməsinə, faktiki olaraq dövlətçiliyin dağılmasına gətirib çıxartdı”.



Azərbaycanın bütün faktorları nəzərə alaraq düşünülmüş xarici siyasət yürütdüyünü bildirən politoloq Zaur Məmmədovun fikrincə, Azərbaycanın Ukrayna kimi birmənalı şəkildə Qərbə yönəlməsinə ehtiyac yoxdur:

“Hamıya məlumdur ki, Azərbaycan beynəlxalq arenada balanslaşdırılmış xarici siyasətin tərəfdarıdır. Təbii ki, hər bir dövlətin öz milli maraqları var və bizi sevən, özünü dost ölkə adlandıran hər bir dövlət buna anlaşıqlı münasibət bəsləməlidir. Lakin, təəssüflər olsun ki, Azərbaycan hər dəfə Qərb ilə hansısa layihələrə imza atarkən bizə qarşı Qarabağ kartından istifadə edilir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan tərəfindən Brüsseldə Rusiyanın maraqlarına birmənalı şəkildə cavab verməyən heç bir layihəyə imza atılmayıb. Görüşlərdə əsas müzakirə mövzusu “Cənub Qaz Dəhlizi” olub. Bu da məlum layihədir. Mən düşünmürəm ki, “Cənub Qaz Dəhlizi” Rusiyaya real olaraq təhlükə mənbəyidir. Yaxşı olardı ki, Rusiya özü sabahı olan, keçmiş Sovet Respublikalarının maraqlarına cavab verəcək layihələri ilə bu dövlətləri özünə cəlb etsin. Hər bir dövlət xarici bazarlara çıxmalı, siyasi müstəvidə isə, ikitəfəli proqramlar çərçivəsində münasibətləri qurmalıdır. Gərək Moskva bunu başa düşsün. Qərb dövlətləri ilə strateji əməkdaşlığa gəldikdə isə, Azərbaycan Ukraynanın etdiyi səhvləri təkrarlamaq niyyətində deyil. Azərbaycanın xarici siyasəti düşünülmüş, rasional və bütün faktorları nəzərə alan bir siyasətdir.

Azərbaycanın Ukraynanın aldığı kimi Qərbdən dəstək ala bilməsi məsələsinə gəlincə, birincisi, biz Avropa və ya Rusiya istiqamətlərindən yalnız birini seçərək, digərinin üzərinə xətt çəkmək fikrində deyilik. İkincisi, Qərbin Ukraynaya verdiyi dəstək ölkənin ərazisinin itirilməsinə, faktiki olaraq dövlətçiliyin dağılmasına gətirib çıxartdı. Müsəlman, türk olan Azərbaycan dövlətinə heç bir halda kəskin şəkildə hər hansı bir vektora tərəf istiqamətlənmə sərf etmir. Azərbaycan Qərb və Rusiya arasında seçim edə bilməz. Ən əsası Rusiya başa düşməlidir ki, Qafqaz çox incə məsələdir. Qafqaz bir barıtdır. Gürcüstan və Ukrayna ilə edilənlər Azərbaycanın başına gətirilə bilməz. Düzdür, təzyiq vasitəsi kimi müəyyən məqamlarda istifadə edilə bilinər. Lakin, praktikada bu Rusiyanın özünün fəlakətinə gətirib çıxara bilər. Ermənilər tərəfindən pozulan atəşkəs bir gün bizim hərbçilərimizin torpaqları geri almaqları ilə yekunlaşacaq. Qarabağda müharibə başlayarsa, bu tez bir zamanda Rusiyanın daxilinə keçəcək və ölkənin parçalanmasına gətirib çıxaracaq. Bu sıradan bir müharibə olmayacaq. Az qala bütün region dövlətlərinin, Rusiyanın tərkibindəki müxtəlif milli respublikaların müharibəyə qoşulmaları ilə nəticələnəcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26