Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü + FOTOLAR
Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabının təqdimat mərasimi keçirilib.
"İnterPosta" xəbər verir ki, təqdimatda ölkəmizin ictimai-siyasi, incəsənət xadimləri, millət vəkilləri, Türkiyə və Azərbaycanın tanınmış iş adamları, ədəbiyyatsevərlər, şairlər, yazıçılar, KİV və QHT nümayəndələri iştirak ediblər.
Tədbir “Ümid yeri” Uşaq Sığınacağına dəstək məqsədilə təşkil olunub.
Kitabda Səbuhi Zamanın duyğuları, düşüncələri yer alıb. Müəllifin şeirlərində, insanın daxili aləmi, cəmiyyətin sosial və mənəvi həyatı ilə bağlı fəlsəfi fikirlər öz əksini tapıb. “Adamın Dibi”ndə müasir Azərbaycan cəmiyyətinin əxlaqi, mənəvi keyfiyyətləri və insanın daxili mübarizəsi kimi mövzular geniş işıqlandırılıb. Səbuhi Zaman özünün fəlsəfi yanaşmaları və realizm təəssüratı ilə, insanlara düşüncələrini yenidən qurmağa, onlara yeni perspektivlər təqdim etməyə çalışıb. Müəllifin özünəməxsus dil üslubu və dərin mənalı şeirləri hər kəsi fikirləri üzərinə cəmləyə bilir.
Rəngarəng poeziya gecəsində müəllif çıxış edərək qonaqlara təşəkkürünü bildirib. O, özünəməxsus ifa tərzi ilə şeirlər səsləndirərək ədəbiyyatsevərləri təsirləndirib.
Çıxış edən ziyalılar, millət vəkilləri kitabın əhəmiyyətindən və müəllifin əsərinə qoyduğu mənəvi dəyərdən bəhs ediblər.
Səbuhi Zaman üslubunun orijinallığı və kitabın müasir Azərbaycan ədəbiyyatında tutduğu yer vurğulanıb.
Ədəbiyyatşünaslar isə kitabın dilinin zənginliyinə və fəlsəfi yükünə diqqət çəkiblər.
Eyni zamanda təqdimat mərasimində xarici ölkələrdən tanınmış ziyalıların təbrik mesajlarının videoçarxı nümayiş olunub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26