Interposta.Info

Qarabağa Qayıdışı əks etdirən rəsm sərgisi keçirilmişdir - VİDEO/FOTOLAR

Mədəniyyət / Manşet
 23-05-2022, 19:04     1 011

Qarabağa Qayıdışı əks etdirən rəsm sərgisi keçirilmişdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

"Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

Laçın Dövlət Rəsm Qalereyası və RQ ART STUDİO Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı sərəncama əsasən “Qarabağa Qaydış” adlı birgə sərgi ərsəyə gətirmişdir.

23.05.2022-ci il tarixdə Bakı şəhər Qaradağ rayonunda Məcburi Köçkünlər üçün inşa edilmiş “Qobu Park 2”də yeniyetmələrin fırçasının məhsulu olan 30 ədəd rəsm əsəri parkda, açıq havada sərgilənmişdir.

İnterPosta.info tədbirdən fotoları, Media TV-nin hazırladığı sujeti təqdim edir:



































Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26