Interposta.Info

Prezident: Azərbaycan İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir

Manşet
 30-04-2025, 11:58     20 136


Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir.

İnterPosta.info
xəbər verir ki, bunu Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa ünvanaldığı təbrik məktubunda qeyd edib.

"İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir", - məktubda qeyd olunub.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26