Növbəti köç karvanı Ağdamın Sarıcalı kəndinə yola düşüb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
"İnterPosta" xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Sarıcalı kəndinə 35 ailə - 158 nəfər köçürülüb.
Sarıcalı kəndinə Bakı şəhərindən 16 ailə (82 nəfər), Ağdam rayonundan 14 ailə (52 nəfər), Yevlax şəhərindən 3 ailə (12 nəfər), Ağcabədi rayonundan 2 ailə (12 nəfər) köçürülüb. Bakı şəhərindən köçürülən 16 ailə (82 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 7:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Yevlax şəhərində, Ağdam və Ağcabədi rayonlarında məskunlaşmış 19 ailə (76 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər, köçürülənlərin nəqliyyat vasitələri karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq.
Beləliklə, Sarıcalı kəndinə, cəmi, 184 ailə (767 nəfər) köçürülüb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26