Interposta.Info

Millət vəkili Rövşən Muradov: "5 qanun layihəsi üç oxunuşda, 3 qanun layihəsi isə bir oxunuşda qəbul edilib"

 

Manşet
 25-01-2025, 10:26     29 751

Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında ilk iclasını keçirtdik. Komitə sədri Sadiq İbrahimov sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladı. İclasın gündəliyinə 5 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırdı.
Əvvəlcə, gündəliyin birinci məsələsi – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gördüyü işlər barədə hesabatını təqdim etdi. Bildirildi ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, 18 məsələ müzakirəyə çıxarılıb, bu dövr ərzində 5 qanun layihəsi üç oxunuşda, 3 qanun layihəsi isə bir oxunuşda qəbul edilib.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26