Müharibədə son sözün pulun üzərinə yazan şəhidin əmanəti 4 ildən sonra valdeyinlərinə çatdırıldı - VİDEO

44 günlük müharibədə son sözün pulun üzərinə yazan şəhidin əmanəti 4 ildən sonra valdeyinlərinə çatdırıldı
Ailənin yeganə oğul övladı olan İbrəhimov Elmir Akif oğlu 2 may 1996-cı il Saatlı rayonu Mərzəli kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə Həqiqi hərbi xidmətə yollanıb və 2016-cı ildə aprel döyüşlərində iştirak edib.
II Qarabağ müharibəsinə könüllü gedən Elmir peşəkar sürücü idi, idarə etdiyi nəqliyyat vasitəsi ilə çətin yollarla ön cəbhədə olan hərbçi yoldaşlarına təminat, silah-sursat çatdırırmış. Hadrut, Laçın, Şuşa ətrafında gedən döyüşlərdə iştirak edib, hərbi qənimətlər ələ keçirib.
Elmir İbrəhimov 8 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Daşaltı kəndi istiqamətində minamyot atəşindən yaralansada mövqeylənən hərbiçilərimizə silah-sursatı çatdıraraq şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, habelə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən əsgər Elmir İbrəhimov ölümündən sonra “Şuşanın azad olunmasına görə”, "Vətən uğrunda" , “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Maraqlısı odur ki, 8 noyabr 2020-ci ildə şəhid olan Elmir İbrəhimov 7 noyabr 2020-ci ildə Azərbaycanın milli valyutası olan bir manatın üzərində anasına son sözü olaraq məktub yazır.
2020-ci ildə yazılan məktub 4 ildən sonra, yəni 2025-ci ildə Bakı şəhərində yaşayan əslən Naxçvan Muxtar Respubilkasından olan Miri adlı şəxs tapdığı “Şəhid məktubu”n aktiv olduğu sosial şəbəkə üzərindən ictimayiləşdirir və çağrış edir.
Blogerlə şəhid Elmir İbrəhimovun valdeyinlərinin görüşünü təqdim edirik:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26