Xəzər dənizi ilə bağlı böyük təhlükə - Mütəxəssisdən həyacan təbili

Xəzər dənizinin Astara sahillərində geri çəkilməsi son dövrlər daha da aktivləşib.
"İnterPosta" Baku TV-yə istinadən xəbər verir ki, bu proses bir sıra problemlərə yol açıb.
Mütəxəssis Xanverdi Cəfərovun sözlərinə görə, dənizin geri çəkilməsində əsas problem odur ki, balıq yox olmaq üzrədir:
"Dənizin suyu sürətlə geri çəkilir. Əvvəllər külli miqdarda balıq tutulurdusa, indi demək olar ki, yoxdur. Dənizin suyu çəkildikcə balıqlar da dərinlərə doğru gedir".
Ətraflı süjetdə:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26