Millət vəkili Rövşən Muradov: “Qazaxıstanda qəzaya uğrayan təyyarədə həlak olanlara allahdan rəhmət, xəsarət alanların hər birinə şəfa diləyirəm”

Millət vəkili Rövşən Muradov Qazaxıstanda qəzaya uğrayan təyyarədə həlak olanların yaxınlarına başsağlığı verir
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi 25 dekabr 2024-cü il tarixdə Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması xəbərin məndə dərin kədərlə qarşıladım. İnsanların bu qəzada həyatını itirməsi ürəkağrıdıcı hadisədir.
İnterPosta.info xəbər verir ki, 121 saylı Laçın seçki dairəsindən seçilmiş Millət vəkili Rövşən Şahbaz oğlu Muradov həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə dərin hüznlə başsağlığı verir.
O, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində həlak olanlara allahdan rəhmət, xəsarət alanların hər birinə şəfa diləyir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26