Interposta.Info

"Barselona" prezidenti COP29 üçün Bakıya gəlir

Manşet
 15-11-2024, 15:55     34 647


İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya gəlir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Laporta Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Laportanın səfəri noyabrın 16-na planlaşdırılıb.

Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçirilir.

Xatırladaq ki, Laportanın 2003-2010-cu illərdə "Barselona"ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka sahiblənib. 2009-cu ildə isə "Barselona" il ərzində altı kubok qazanıb və rekorda imza atıb.

Laporta 2021-ci ilin martın 7-də yenidən "Barselona"nın prezidenti seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26